Rusiya Krım tatarlarına qarşı repressiyalara start verdi
Bizi izləyin

Dünya

Rusiya Krım tatarlarına qarşı repressiyalara start verdi

“Rusiya hakimiyyətinin bir hədəfi var: Krım tatarlarını qorxutmaq və onları yarımadanı tərk etməyə məcbur etmək”.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Krım Tatar Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Əli Xamzin qurumun sədr müavini Ahtem Ciygozun həbs edilməsini şərh edərkən deyib.

Qeyd edək ki, Krım Tatar Məclisinin sədr müavini Ahtem Ciygoz dünən Krımda həbs edilib. Rusiya İstintaq Komitəsinin məlumatına görə, o, ötən ilin fevralında Simferopolda baş verən kütləvi qarşıdurma ilə bağlı istintaq çərçivəsində saxlanıb. İstintaqın versiyasına görə, ötən il fevralın 26-da Krım parlamentinin qarşısında naməlum adamın çağırışı ilə toqquşma baş verib. Nümayişçilərin rusiyalı fəallara və Krımın özünümüdafiə qüvvələrinə hücum etdiyi, həmçinin parlamentin binasına 600 min rubl məbləğində ziyan vurduğu bildirilir.

“26 fevral 2014-cü il Krım hələ Ukrayna hakimiyyəti altında idi və Krım parlamentinin binasının üstündə Ukrayna bayrağı dalğalanırdı. Biz həmin vaxt Ukrayna qanunları ilə yaşayırdıq. İndi Rusiya hakimiyyətinin iddiaları mənə aydın deyir, bu, sadəcə cəfəngiyatdır”, - Əli Xamzin deyib.

O əmindir ki, Krımda tatarların nümayəndələrinə qarşı repressiyalar davam edəcək: “Düşünürəm ki, bu yalnız Krım tatarlarına qarşı repressiyaların başlanğıcıdır. Onlar əvvəlcə Krım Tatar Məclisinin rəhbərlərini, daha sonra yerli nümayəndələrini, axırda isə fəallar və yerli vətəndaşları həbs etməyə başlayacaqlar. Bu hakimiyyətin hədəfi birdir: xalqımızı yarımadanı tərk etməyə məcbur etmək. Buna görə də Krım tatarlarını təxribatlara təslim olmamağa, qorxmamağa və heç bir halda Krımı tərk etməməyə çağırıram”.

Məlumata görə, Ahtem Çiyqoz ən azından 19 fevral tarixinə kimi həbsdə saxlanılacaq. Günahı sübuta yetiriləcəyi halda onu 10 il azadlıqdan məhrumetmə cəzası gözləyir. O, Rusiya Cinayət Məcəlləsinin 212-ci maddəsi (kütləvi etirazların təşkili) ilə ittiham olunacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm