Dünya
Türkiyədə daha bir şok: Polislər kəşfiyyatçıları döyür - VİDEO
Türkiyədə “paralel dövlət”in 2014-cü il 19 Yanvar tarixində Adana vilayətinin Ceyhan mahalında TIR-lara etdiyi basqınlarla bağlı görüntülər yayımlanıb.
Publika.Az –ın verdiyi xəbərə görə, “Sabah” qəzeti tərəfindən yayımlanan görüntülər Milli İstihbarat Təşkilatının (MİT) xüsusi təyinatlı kəşfiyyat idarəsi tərəfindən ələ keçirilib.
Görüntülərə görə, MİT-ə aid TIR-lar dayandırıldıqdan sonra 2-si zabit olmaqla 4 MİT əməkdaşının olduğu minik avtomobilinə basqın edilir. Daha sonra isə avtomobildən endirilən MİT əməkdaşları döyülür. Hadisənin şosedən keçənlər tərəfindən izlənilməməsi üçün isə jandarma avtomobilləri MİT-in avtomobilini əhatə alıb.
Görüntülər basqında bir anormallıq olduğunu başa düşən bir yol müfəttişi tərəfindən qeydə alınıb. Daha sonra isə həmin görüntülər Adana valisi Hüseyn Avni Coşun təlimatı ilə protokollaşdırılaraq Daxili İşlər Nazirliyinə çatdırılıb. Bir saatlıq görüntülərdə MİT-in 4 əməkdaşının avtomobildən endirildiyi və yerə yatırılaraq döyüldüyü görünür. Bundan sonra isə TIR-ların yoxlanılmasına başlanılır.
Hadisənin 12.01 radələrində baş verməsinə baxmayaraq, Adana valisi basqınla bağlı yalnız 12.40-da xəbər tutub. Ceyhana 200 polislə gedən vali TIR-lara basqın edilməsi təlimatı verən prokuror Aziz Takçı ilə görüşərək dövlətin güc qurumları arasında baş verə biləcək qarşıdurmaya maneə olub.
“Sabah”ın yazdığına görə, 3 TIR-da partlayıcı maddələrin olduğu xəbəri 19 Yanvar tarixində saat 07.29-da Ankaradan telefonla xəbər verilib. TIR-ların nömrələri də polislərin etdiyi kimi kodlaşdırılaraq verilib. Bu isə həmin şəxsin peşəkar olduğunu göstərir. Telefon danışığında partlayıcı maddə və “Əl-Qaidə” ifadələri də işlədilib.
Basqın barəsində məlumat bəzi xəbər agentliklərinə saat 12.31-də ötürülüb. Əməliyyatdan xəbəri olmadığını bildirən Adana jandarma komandiri Hamza Celepoğlunun da hadisə yerinə gələrək qısa müddət sonra getdiyi bildirilir. Basqın barədə bəzi xəbər agentliklərdən sonra xəbər tutan Adana valisinin “niyə daha əvvəl xəbər vermədiniz” sualına “prokuror valiyə xəbər verməyin dedi” cavabını alıb. Valinin prokurorla telefon söhbətindən sonra hər üç TIR buraxılıb.
“Sabah” qeyd edir ki, həm 1 Yanvar tarixində Hatayda, həm də 19 Yanvar tarixində Ceyhanda TIR-lara edilən basqının təşkilatçısı Orhan Üsteğmen adlı bir jandarma səlahiyyətlisi olub.
Ömər Dağlı
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...