Putinin qorxunc işğal planı - rusiyalı deputatdan SSENARİ
Bizi izləyin

Dünya

Putinin qorxunc işğal planı - rusiyalı deputatdan SSENARİ

Rusiya Dövlət Dumasının müxalifətdə olan deputatı İlya Ponomaryov Kremlin Ukraynada növbəti işğalçılıq planları haqqında proqnoz verib.

Publika.az Ukrayna mediasına istinadən verdiyi məlumata görə, rusiyalı deputat ən radikal variantın Odessaya qədər ərazilərə müdaxilə olduğunu bildirib.

“Hesab etmirəm ki, bu ən ehtimal variantdır, amma mümkündür. Ona hazır olmaq lazımdır”, - İlya Ponomaryov deyib.

Onun sözlərinə görə, minimum variant olaraq separatçıların təsir dairəsinin Donetsk və Luqansk vilayətlərinin sərhədlərinə qədər genişləndirilməsi mümkündür: “Bu, “Dnestryanı ssenari”yə gətirib çıxaracaq. Maksimum variant isə Odessaya qədər ərazilərə müdaxilədir. Birinci variant danışıqlarda sülh şərtlərini diktə etməyə xidmət edir. Bu mümkün olmadıqda isə ikinci variant gündəmə gələcək. Hazırda Ukraynanın şərqində hər şey Putinin məntiqi çərçivəsində inkişaf edir”, - rusiyalı deputat qeyd edib.

Rusiyalı deputatın fikrincə, Odessa və Xarkov daha yüksək risk zonasındadır: “Demək olarmı ki, müdaxilə haqqında qərar qəbul edilib? Xeyr. Amma bunun üçün hazırlıq gedir və bunu adi gözlə də görmək mümkündür”.

İlya Ponomaryov qeyd edib ki, Ukraynada üçüncü Maydanın təşkili Kremldə hazırda prioritet ssenaridir: “Kremldə sülh və müharibə partiyaları arasında mübarizə gedir. Amma bunların hər ikisi anti-Ukrayna partiyasıdır. Sülh partiyası hesab edir ki, silahla danışmaq lazım deyil, bu yalnız Ukrayna millətini birləşdirir və bir az gözləmək lazımdır. Sülh partiyasının fikrincə, Ukrayna hökumətinin özü Ukraynanın dağılması üçün hər şeyi edəcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm