“Dolları 65 qəpiyə satmaq və imtina etmək” – Jirinovskidən növbəti SƏRSƏMLƏMƏ
Bizi izləyin

Dünya

“Dolları 65 qəpiyə satmaq və imtina etmək” – Jirinovskidən növbəti SƏRSƏMLƏMƏ

Rusiya Dövlət Dumasının üzvü, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski ölkə daxilində dollardan imtina etməyə çağırıb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, partiya sədri sözügedən çağırışı Dövlət Dumasında keçirilən “hökumət saatı”nda səsləndirib.

Vladimir Jirinovski “ölkə daxilində dollardan istifadə olunmaqla heç bir valyuta əməliyyatı həyata keçirilməməlidir” deyib.

O, hökumətə bir sıra məhdudlaşdırıcı ölçülər qəbul etməyi təklif edib. Jirinovski həmçinin söyləyib ki, dolların əhəmiyyəti həddindən artıq şişirdilir: “Hökumətin özü dolların kursunu müəyyən etməyə məcburdur. Bu gün bir dollar təxminən 70 rublla dəyişdirilir. Sovet dövründə olduğu kimi, dollara 65 qəpik ödəmək lazımdır. Bundan sonra hər şey normal olacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm