"Putinin klipi" rekord qırdı - VİDEO
Bizi izləyin

Dünya

"Putinin klipi" rekord qırdı - VİDEO

Novorisibrskli müğənni Maşaninin Rusiya prezidenti Vladimir Putinə mahnı həsr edib və klip çəkdirib.

Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, “Mənim Putinim” adlı klip Youtubda izlənmə rekordu qırıb.

Mahnıda müğənni Putinin uğurlarını - Krımın Rusiyaya birləşdirilməsi və keçmış Sovet İttifaqının canlanmasını vəsf edir.

Mahnının nəqarət hissəsində isə gözəl müğənni rus liderə belə səslənir:

“Sən Putinsən, bəli, sən Putinsən,

Mən səninlə olmaq istəyirəm,

Mən sənə deyirəm ki,

Putinim, mənim sevimli Putinim

Məni yanına apar

Mən səninlə olmaq istəyirəm

Və burada nə etməliyik?

Qaçacayıq, qaçacayıq

Təbii ki, biz onun arxasınca gedəcəyik

Çünki o, Putindir”.

Klipdə Maşani iki fərqli paltar ilə tamaşaçıların qarşısına çıxır. O, ilk olaraq Rusiya, daha sonra isə Ukrayna bayrağının rənglərində paltar geyinir. Ukrayna bayrağı rəngində paltar geyindiyi zaman müğənninin daş divar arxasında çıxılmaz vəziyyətdə qaldığı görünür. Bununla Maşani Ukraynanın hazırda hansı vəziyyətdə olduğunu bildirmək istəyir.

Klipə 48 saat ərzində 700 min dəfə baxılıb.

Teleqraf.com həmin klipi təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm