Separatçıların meyitlərinə yer tapılmır – DƏHŞƏTLİ FOTOLAR (23+)
Bizi izləyin

Dünya

Separatçıların meyitlərinə yer tapılmır – DƏHŞƏTLİ FOTOLAR (23+)

Separatçıların nəzarətində olan Donetsk şəhərinin Kalinin adına xəstəxanasının meyitxanasından çəkilən dəhşətli fotolar sosial şəbəkədə yayılıb.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, fotolar Debaltsevo yaxınlığında baş verən döyüşlərdə separatçıların itkilərinin böyük olduğunu təsdiq edir.

“Debaltsevo yaxınlığında gedən döyüşlərdə separatçıların 30-a qədər tankı məhv edilib. Debaltsevo əvvəlki kimi düşmən üçün əlçatmazdır və onlar burada böyük itkilər verib. Donetskdə Kalinin adına xəstəxanada həkimlər həyəcan siqnalı verirlər, meyitxana dolub, cəsədlər bir-birinin üstünə qoyulur. Onların bir hissəsi artıq çürüməyə başlayıb. İnsanlar dözülməz və antisanitar şəraitdə işləyirlər”, - xəbərdə deyilir.

Qeyd olunur ki, fotolar meyitxananın yalnız bir otağından çəkilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm