Avropa Birliyi Rusiyanı məhv etmək istəmir - RƏY
Bizi izləyin

Dünya

Avropa Birliyi Rusiyanı məhv etmək istəmir - RƏY

“Avropa Birliyi Rusiyanı məhv edə biləcək addımlar atmaq istəmir. Bir nüvə dövlətinin əvəzinə 10 kiçik nüvə dövlətinin yaradılması Avropa üçün tamamilə əlverişsizdir. Diktator Putinin yerinə hansısa bir faşistin gəlməsi Avropanı razı sala bilməz”.

Publika.az-ın məlumatına görə, bunu ukraynalı politoloq Kost Bondarenko Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması haqqında qərarını şərh edərkən deyib.

Avropa Birliyi yanvarın 29-da Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzadıb. Qurum şəxslərə və müəssisələrə qarşı ötən ilin mart ayında qəbul etdiyi məhdudlaşdırıcı ölçüləri sentyabra qədər uzadılması barədə qərar verib. Bundan başqa, siyahıya yeni şəxslər və müəssisələrin əlavə edilməsi haqqında təkliflər hazırlanacaq və Avropa Birliyinin xarici işlər nazirlərinin fevralın 9-da keçiriləcək növbəti iclasında qəbul ediləcək.

Ukraynanın gözləntiləri isə yeni sanksiyaların tətbiqi, həmçinin Rusiyanın SWIFT maliyyə sistemindən (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) kənarlaşdırılması ilə bağlı idi.

Ekspertin fikrincə ki, Avropa Birliyi eyni zamanda Rusiyaya təcavüzkar kimi baxır və onun cəzalandırılmalı olduğunu düşünür: “Onlar həmçinin unutmurlar ki, Avropa biznesinin əhəmiyyətli hissəsi Rusiya ilə bağlıdır və bu çox böyük puldur. Avropa buna görə də Rusiyanı tamamilə məhv etməmək üçün sanksiyaları tarazlaşdıracaq”.

Siyasi ekspert Yevgeni Maqdanın fikrincə, Avropa Birliyinin Rusiya ilə bağlı son qərarları başadüşüləndir: “Avropa Birliyi bir tərəfdən Rusiya ilə münasibətləri tamamilə kəsmək istəmir, digər tərəfdən isə Donbas hövzəsindəki vəziyyətə reaksiyasız qala bilmir. Beləliklə, Avropa Birliyi Ukraynanın şərqində baş verənlərə görə günahı Rusiya Federasiyasının üzərinə qoymağı özünə borc bildi, amma sanksiyaları sərtləşdirmədi”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm