Xüsusi xidmət orqanları ".ru" domenlərinə müdaxilə edir - İDDİA
Bizi izləyin

Dünya

Xüsusi xidmət orqanları ".ru" domenlərinə müdaxilə edir - İDDİA

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə şurasının katibi Aleksandr Turçinov ukraynalıları ".ru" domen sonluğu ilə bitən internet xidmətlərindən istifadə etməməyə çağırıb.

Publika.az-ın məlumatına görə, Turçinov iddia edir ki, Rusiya xüsusi xidmət orqanları ".ru" sonluğu olan şəbəkələrə müdaxilə etmək imkanına malikdir.

Turçinov ölkənin televiziya kanallarından birinə müsahibəsində onun rəhbərlik etdiyi qurumun müvafiq təkliflə Nazirlər Kabinetinə də müraciət etdiyini bildirib.

Aleksandr Turçinov eyni zamanda Ali Radanı informasiya təhlükəsizliyinin gücləndirilməsi üçün müvafiq qanun layihəsinin qəbul edilməsini də təklif edib.

Turçinov indiyə qədər Ukrayna televiziyasında Rusiya güc strukturlarını tərənnüm edən filmlərin nümayiş etdirilməsini pisləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm