Güclü külək və qar Fransada problemlər yaradıb
Bizi izləyin

Dünya

Güclü külək və qar Fransada problemlər yaradıb

Son iki gündə yağan güclü qar Fransada problemlər yaradıb.

Ölkənin cənub-qərb hissəsində küləklə müşayiət olunan qar altı departamentdə çıxılmaz vəziyyət yaradıb.

Fransa Daxili İşlər Nazirliyi Pirene-Atlantik, Ot-Garon, Ot-Pirene, Ariej və Land departamentlərində 17.500 mənzilin elektrik enerjisindən məhrum olduğunu, bəzi yerlərdə ağır tonnajlı nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyulduğunu bildirib.

Güclü qar 18 nəfərin yaralanmasına səbəb olub. Onların arasında beşinin vəziyyətinin ağır olduğu qeyd edilir.

Ölkənin hava məlumat bürosu qeyri-sabit hava şəraitinin bir neçə gün davam edəcəyi bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm