• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Bu cəhd böyük müharibə ilə nəticələnəcək”

  • Dünya
  • 31 Yanvar 2015 07:51
  • 1 787 Baxış
“Bu cəhd böyük müharibə ilə nəticələnəcək”

Donbas hövzəsindən Krım yarımadasına “quru dəhlizi” yaratmaq cəhdi böyük müharibə ilə nəticələnəcək.

Publika.azunian.net” saytına istinadən xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Yuri Sergey bildirib.

O, qeyd edib ki, Mariupol Krıma gedən “quru dəhlizi” üzərində strateji şəhərdir.

“Əgər kimsə Ukraynanın regionları vasitəsilə Krıma “quru dəhlizi” yaratmağa çalışırsa, bu böyük müharibəyə gətirib çıxaracaq. Biz belə bir planı olanlara ən kiçik şansı belə verməyəcəyik. Minsk razılıqlarına riayət etmək yaranmış vəziyyətdən çıxış yoludur. Ukrayna danışıqlara hazırdır, amma eyni zamanda Rusiya danışıqlara hazır olduğunu nümayiş etdirməlidir”, - ukraynalı diplomat deyib.

Yanvarın 28-də Ukraynanın xarici işlər naziri Pavel Klimkin Almaniyanın “Bild” qəzetinə müsahibəsində bildirib ki, Ukrayna ordusu Krıma “quru dəhlizi”nin çəkilməsinə icazə verməyəcək.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR