Saakaşviliyə görə xüsusi departament yaradıldı
Bizi izləyin

Dünya

Saakaşviliyə görə xüsusi departament yaradıldı

Gürcüstanın əvvəlki hakimiyyəti tərəfindən törədilmiş cinayətlərin araşdırılması üçün Baş prokurorluğun yanında xüsusi departament yaradılıb.

Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, departamentinin yaradılması hakimiyyət dəyişikliyindən sonra minlərlə vətəndaşın işgəncələr, şərəf və ləyaqətin alçaldılması, xüsusi mülkiyyətin zorla alınması barədə şikayətləri ilə izah edilir.

Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə qarşı da bir sıra cinayət ittihamları irəli sürülüb. Gürcüstanın Baş prokurorluğu Saakaşvilini dövlət büdcəsindən 5 milyon dollardam çox vəsaiti qeyri-qanuni xərcləməkdə, 2007-ci ildə etiraz aksiyasını dağıtmaqda və keçmiş deputat Valeri Qelaşvilinin döyülməsində ittiham edir.

Mixail Saakaşvili barəsində axtarış elan edilib. Prokurorluqdan bildirirlər ki, Saakaşvili Gürcüstanın dövlət sərhədlərini keçməyə cəhd edərsə saxlanılacaq.

Gürcüstanın Baş prokurorluğu 19 sentyabr 2014-cü il sabiq prezidentin, həmçinin onun həyat yoldaşı, anası və nənəsinin əmlakına həbs qoyub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm