Şok iddia: ABŞ prezidentləri 20 ildir klonlaşdırılır
Bizi izləyin

Dünya

Şok iddia: ABŞ prezidentləri 20 ildir klonlaşdırılır

ABŞ prezidentlərinin “insan olmadığına” dair irəli sürülən iddialara daha biri əlavə olunub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, növbəti iddianın sahibi İranın yüksək rütbəli rəsmisidir.

İranın müdafiə naziri Hüseyn Dehqan qatıldığı bir televiziya proqramında ABŞ prezidenti Barak Obamanın insan olmadığına dair əllərində dəlillərin olduğunu deyib. “Kəşfiyyat xidmətlərimizin əlində ABŞ prezidentlərinin 20 ildir ki, klonlaşdırıldığı barədə dəqiq məlumatlar var. Obamanın da elm insanları tərəfindən klonlaşdırıldığını bilirik”, - Hüseyn Dehqan deyib.

Bundan əvvəl isə şimali koreyalı səlahiyyətlilər ABŞ prezidentlərinin insan olmadığını iddia etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm