Ukrayna ordusu terrorçulara qarşı əks-hücuma keçdi
Bizi izləyin

Dünya

Ukrayna ordusu terrorçulara qarşı əks-hücuma keçdi

Ukrayna anti-terror gücləri Debaltsevo rayonunda terrorçuların mövqelərinə hücuma keçib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna xalq deputatı, “Donbas” könüllü batalyonunun komandiri Semyon Semençenko “Facebook” səhifəsində yazıb.

“İndi onlar hücuma keçdilər. Oğlanlar üçün dua edin. Şöhrət Ukraynaya!” – batalyon komandiri bildirib.

Qeyd edək ki, Debaltsevo rayonu Donbas hövzəsində ən şiddətli döyüşlərin getdiyi nöqtədir. Separatçılar Ukrayna ordusunu Debaltsevo rayonunda mühasirəyə almaq üçün Uqleqorsk şəhərinə hücumları gücləndiriblər. Son məlumatlara görə, hazırda şəhərdə küçə döyüşləri gedir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm