Luqanşinedə separatçıların xeyli canlı qüvvəsi məhv edilib
Bizi izləyin

Dünya

Luqanşinedə separatçıların xeyli canlı qüvvəsi məhv edilib

“Şimal” operativ komandanlığının bölmələri Luqansk vilayətinin Luqanşine yaşayış məntəqəsində separatçıların xeyli sayda hərbi texnikası canlı qüvvəsini məhv edib.

Publika.az “cenzor.net.ua” saytına istinadən xəbər verir ki, bu barədə “Şimal” operativ komandanlığının Facebook” səhifəsində bildirilib.

"Artilleriyanın peşəkar tətbiqi və manevr nəticəsində bir gün ərzində düşmənin daşınan radiolakasiya sistemi, minaatan qurğusu, bir neçə BTR və zirehli transportyoru məhv edilib. Düşmənin həmçinin xeyli sayda canlı qüvvəsi məhv edilib”, - xəbərdə qeyd olunub.

Bildirilir ki, hazırda ən gərgin vəziyyət Luqansk kəndi, Sçaste, Trexizbenki, Krımsk və Novotoşkovsk yaşayış məntəqələri ərazisində müşahidə edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm