Putin “qardaş” qırğınına hər gün nə qədər xərcləyir? - ARAŞDIRMA
Bizi izləyin

Dünya

Putin “qardaş” qırğınına hər gün nə qədər xərcləyir? - ARAŞDIRMA

Ukraynanın şərqində hökumət silahlıları ilə separatçılar arasında döyüş əməliyyatları 10 aydan çoxdur ki, davam edir. Təbii ki, Ukrayna ordusuna qarşı aparılan əməliyyatların maliyyə yükü Rusiyanın üzərinə düşür.

Publika.az xəbər verir ki, Ukraynanın “obozrevatel.com” saytı Rusiyanın Donbasda müharibə üçün xərclədiyi vəsaitlə bağlı yazı dərc edib. Yazıda həm atəşkəs, həm də aktiv döyüş əməliyyatları dövründə xərclənən vəsaitin məbləği verilib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinovun məlumatına görə, Donbas hövzəsində separatçı hərbi qruplaşmaların tərkibində 36 mindən çox döyüşçü var. Onların təxminən 8,5 mini Rusiyanın hərbi qulluqçusudur. Keçmiş xalq deputatı Andrey Sençenkonun sözlərinə görə, bütün bu insanlar Rusiyadan maaşı almırlar. Onların bir hissəsi “ideya” üçün, bir hissəsi də faktiki olaraq yalnız yemək qarşılığında vuruşan keçmiş dustaqlardır. Keçmiş deputatın təxmini hesablamasına görə, Rusiyanın 8,5 min hərbçisi, eləcə də “könüllülər”in təxminən yarısı – 14 mini maaş alır.

Orta hesabla Ukrayna hərbçilərinə qarşı döyüşən hər bir döyüşçü orta hesabla 150 min rubl (2100 dollar) alır. Yəni, Kreml 8,5 min hərbçisi üçün hər ay 1,275 milyard rubl (18 milyon dollar) xərcləyir. “Azadlıq” radiosunun məlumatına görə, Donbasda vuruşan muzdurlara ayda təxminən 4 min qrivna (260 dollar) ödənilir. Sözsüz ki, bu pulu da separatçıların rəhbərləri Moskvadan alır. Beləliklə, Moskva Donbas hövzəsində stabilliyi pozan döyüşçülərə maaş olaraq hər gün təxminən 717,5 min dollar xərcləyir. Bundan başqa, döyüş əməliyyatlarının fəallığından asılı olmayaraq, Rusiya döyüşçüləri qidalandırmalıdır. Yəni, 36 min insanı yedirmək lazımdır. Çünki, onlardan bir çoxu məhz yemək və azadlıq üçün vuruşurlar. Rusiya orta hesabla hər gün 1,44 milyon qrivna (90,5 min dollar) yeməyə pul xərcləyir.

Qeyd edək ki, yuxarıda qeyd olunan xərclər yalnız atəşkəs dövrünə aiddir. Maaşa və qidalanmaya aktiv döyüş əməliyyatları vaxtı yanacaq və döyüş sursatlarına çəkilən böyük xərclər də əlavə olunur. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının məlumatına görə, Donbas hövzəsində separatçılar və Rusiya ordusunun silahlanmasına 542 “T-72” tank daxildir. Bundan başqa, onlarda 990 zirehli maşın və 57 ədəd zenit-raket kompleksi var.

Sençenkonun sözlərinə görə, tanklar və zirehli maşınlar üçün yanacağa hər gün təxminən 22,3 min dollar xərclənir. Bundan başqa, keçmiş deputatın məlumatına görə, “T-72” tankının bir mərmisinin qiyməti 500 dollardır. Hər bir tankın aktiv döyüş əməliyyatları zamanı gün ərzində bir mərmi atdığını fərz etsək, bu Rusiyaya 270 min dollara başa gələcək.

Beləliklə, aktiv döyüş əməliyyatlarının bir günü maaş və qidalanma ilə birlikdə Rusiyaya 1,5 milyon dollara başa gəlir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm