İtaliyanın yeni prezidenti seçildi
Bizi izləyin

Dünya

İtaliyanın yeni prezidenti seçildi

İtaliyanın yeni prezidentinin adı məlum olub.

Publika.azın “Agence France-Presse” agentliyinə istinadən verdiyi məlumatına görə, 73 yaşlı Serjio Mattarella ölkənin bütün vilayətlərin nümayəndələrinin iştirakı ilə parlamentdə keçirilən iclasda İtaliya prezidenti seçilib.

O, seçkilərin dördüncü turunda lazım olan səs çoxluğunu əldə edə bilib. Onun sələfi 89 yaşlı Corco Napolitano yanvarın 14-də səhhətindəki problemləri əsas gətirərək vəzifəsindən istefa vermişdi.

Ölkənin Konstitusiyasına görə, dövlətin ən yüksək vəzifəli şəxsi İtaliya parlamentində ölkənin bütün vilayətlərin nümayəndələrinin iştirakı ilə seçilir. Prezident seçilmək üçün səslərin üçdə ikisindən çoxunu toplamaq tələb olunur. Səsvermənin üç turu nəticəsiz başa çatarsa, prezident dördüncü turda sadə səs çoxluğu ilə seçilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm