Abdulla Gül dilemma qarşısında: Demokratik şöhrət, yoxsa siyasi arzular
Bizi izləyin

Dünya

Abdulla Gül dilemma qarşısında: Demokratik şöhrət, yoxsa siyasi arzular

Amerikanın “The Economist” jurnalı Türkiyə parlamentində qəbul olunan və hökumətin internetə nəzarətini artıracaq qanunla bağlı yazı dərc edib. Publika.Az –ın verdiyi xəbərə görə, jurnal prezident Abdulla Gülün hazırda çətin bir vəziyyətlə üzləşdiyini qeyd edir.

Ədalət və İnkişaf Partiyasının 550 yerdən 319-na sahib olduğu Türkiyə Böyük Millət Məclisində qanun asanlıqla təsdiq edilib. Qanun hökumətə məhkəmə hökmü olmadan veb səhifələri bağlamaq səlahiyyəti verir. Müxalifət liderləri və mətbuat azadlığı müdafiəçiləri bu qanunu Türkiyədə ifadə azadlığının boğulması sahəsində növbəti addım adlandırır.

Avropa İttifaqı və Avropa Şurası da qanunun qüvvəyə minməsinə yol verilməməsini istəyir. Qüvvəyə minməsi üçün sənəd prezident Abdulla Gül tərəfindən imzalanmalıdır. Türkiyənin müxalifət partiyaları da prezident Abdulla Gülü internet məhdudiyyətlərinə dair qanuna veto qoymağa çağırır.

Prezident Gül qanuna veto qoysa belə, onun parlamentdə ikinci dəfə təsdiqindən sonra qəbul etməyə məcbur olacaq. Lakin təhlilçilər vetonun Ərdoğanın siyasi nüfuzuna zərbə olacağını deyirlər. Bildirilir ki, bu baş nazir və prezidentin iştirakının istisna edilmədiyi prezident seçkilərinə də təsirini göstərəcək. Türkiyənin “Milliyet” qəzetinin köşə yazarı Kadri Gürsel deyir ki, prezident çox siyasi bir balanslaşdırma taktikasından istifadə edir."Cənab Gül özünü mühafizəkar İslam hərəkatı çərçivəsində Ərdoğana alternativ kimi təqdim edir. O, bunu Ərdoğan hökumətinə meydan oxuyaraq etmir. Prezident hökumətin qanun layihələrini asanlıqla imzalayır və hökumətin qüdrətinin məhdudlaşdırılması sahəsində heç bir addım atmır", - o, bildirib.

“The Economist” jurnalı sözügedən məsələ ilə bağlı yazısı “İmzalayacaqmı? İmzalamayacaqmı? Bütün gözlər iqtidardakı Ədalət və İnkişaf Partiyasının qurucularından olan baş nazir Rəcəb Təyyib Ərdoğanla prezident Abdullah Güldədir” sözləri ilə başlayıb. Jurnal “Tvitter”in aktiv istifadəçisi olan A.Gülə qanunun imzalanması üçün təzyiq edildiyini bildirir:

“AKP-li bəzi millət vəkilləri qanunu tənqid edənlərin “porno lobbisi” adından çıxış etdiyini söyləyib. Qanunun məqsədi böyük ehtimalla AKP-li məmurların rüşvət, tender saxtakarlığı və digər qanunsuzluqlarla bağlı gizli görüntülərinə prokurorların internet vasitəsilə çatmasına maneə olmaqdır”.

“Demokratik şöhrəti və siyasi arzuları arasında tarazlıq yaratmağa çalışan Gül isə çətin vəziyyətdədir. O, Gəzi Parkında etirazların pik nöqtəsində olduğu bir vaxtda bir neçə dəfə demokratiyanın yalnız seçki qutusundan ibarət olmadığını xatırlatmışdı. Abdulla Gül internet qanununa veto qoysa, Ərdoğan bunu prezidentin Pensilvaniya ştatında yaşayan nüfuzlu din adamı Fəthullah Gülən ilə eyni cərgədə dayandığına bir “dəlil” olaraq göstərə bilər. Gül qanunu imzalayarsa, qlobal mövqeyinə də zərər verəcək”, - “The Economist” bildirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm