Stokholm Avropanın ən təhlükəsiz şəhəri elan olundu
Bizi izləyin

Dünya

Stokholm Avropanın ən təhlükəsiz şəhəri elan olundu

İsveçin paytaxtı Böyük Britaniyanın “The Economist” jurnalının 2015-ci ildə dünya şəhərlərinin təhlükəsizliyi üzrə illik reytinqində dördüncü yeri tutub.

Təhlükəsizlik indeksi 30 göstərici əsasında hazırlanıb. Bu göstəricilər insan təhlükəsizliyini rəqəmsal sahədə, səhiyyə, infrastruktur və şəxsi təhlükəsizlik sahələrində müəyyən edir.

Bu il təhlükəsizliyin səviyyəsi üzrə 50 ölkə arasında Yaponiyanın Tokio şəhəri lider olub. Beşliyə həmçinin Sinqapur (Sinqapur), Osaka (Yaponiya), Stokholm (İsveç) və Amsterdam (Niderland) daxil edilib.

Qeyd edək ki, hesabatın hazırlanmasında beynəlxalq və milli statistika institutlarının, eləcə də ekspert təşkilatlarının məlumatlarından istifadə olunub. Tədqiqatın pilot buraxılışında dünyanın 50 iri şəhərinin müqayisəli təhlili təqdim edilib. Bu təhlil regional nümayəndəlik, əhalinin sayı və statistik məlumatların əlçatan olması faktorları əsasında aparılıb. Beləliklə, təqdim edilən siyahıya dünya ölkələrinin tam təhlükəsizlik reytinqi kimi baxmaq lazım deyil. Odur ki, reytinqdə bu və ya digər şəhərin sonuncu yerləri tutması heç də onun insan həyatı üçün xüsusi təhlükəli məkan olduğunu göstərmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm