Dünya
Bir sutkada 15 ukraynalı hərbçi ölüb
Ukraynanın şərqində baş verən toqquşmalarda son bir sutkada 15 ukraynalı hərbçi ölüb, 33-ü yaralanıb.
Publika.az-ın məlumatına görə, bu haqda Ukrayna ordusu komandanlığının sözçüsü Andrey Lısenko mətbuat konfransında bildirib.
Ukraynanın şərqindəki Debalçevo şəhərinin sutka ərzində atəşə tutulması nəticəsində isə 3 nəfər ölüb, 7-si yaralanıb. Bu haqda Ukrayna daxili işlər Nazirliyi Donetçk vilayət idarəsinin rəisi Vyaçeslav Abroskin məlumat verib.
Son üç gün ərzində Debalçevo və ətraf şəhərlərdən min nəfərə yaxın yerli əhali çıxarılıb.
Ukrayna fövqəladə hallar üzrə dövlət xidməti yanvarın 31-də xəbər verib ki, şəhərdə işıq, su, istilik və rabitə yoxdur. Xilasedicilər mütəmadi regiona humanitar yardım göstərirlər.
Bundan öncə qondarma “Donetsk Xalq Respublikası” separatçıları bildirmişdi ki, Debalçev şəhərində Ukrayna hərbçilərini mühasirəyə alıblar.
Ukrayna tərəfi bu xəbəri təkzib etmişdi. Debalçovla yanaşı Uqleqorsk şəhərində də döyüşlər gedir.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO