• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Səfir: Ukraynada əsaslı islahatlar aparılmalıdır

  • Dünya
  • 1 Fevral 2015 01:48
  • 335 Baxış
Səfir: Ukraynada əsaslı islahatlar aparılmalıdır

ABŞ-ın Kiyevdəki səfiri Ceffri Payet Ukraynanın hakimiyyət orqanlarına xəbərdarlıq edir ki, islahatlara başlamağın vaxtıdır.

Amerikalı diplomat Ukraynanın “Zerkalo nedeli” nəşrinə müsahibəsində deyib ki, əgər Ukraynada islahatlar ləngidilsə hakimiyyət orqanlarının istər ABŞ, istərsə də Avropa İttifaqı tərəfindən dəstəklənməyə ümid etməsi çox çətin olacaq.

Səfir vurğulayıb: “Bizim hamımızın (Ukrayna hakimiyyət orqanlarının nümayəndələrinin – AzərTAc) qarşısında çox böyük təhdidlər durur - keçmişdən miras qalmış paradiqmaların öhdəsindən gəlməliyik. Söhbət pəncərələrin pərdələrini dəyişməkdən yox, əsaslı dəyişikliklər aparmaqdan gedir. Biz öz mövqeyimizi çox dəqiq ifadə etmişik: əgər siz ciddi islahatlar aparsanız, onda Birləşmiş Ştatlar sizin uğurunuz üçün ciddi sərmayə qoyacaq. Əgər islahatlar ləngidilsə, onda sizin istər bizim konqres tərəfindən, istərsə də avropalı tərəfdaşlarınız tərəfindən dəstəklənməyə ümid bəsləməyiniz çox çətin olacaq”.

ABŞ-ın Ukraynadakı diplomatik nümayəndəliyinin rəhbəri deyib: “Futbol matçındakı kimi oxşar vəziyyət yaranıb: hücum mövqeyini dəstəkləmək və qoruyub saxlamaq lazımdır. Matçda hər 15 dəqiqə ötəndən sonra tabloda sizə qiymət verilir. Buna görə də keçmişdəki xidmətlərinizə istinad edərək deyə bilməzsiniz: aprel ayında biz təhsil islahatı aparmışıq. Olduqca çox islahatlar aparmaq lazımdır. Burada həm prezident üçün, həm də Ali Radanın sədri üçün vəzifələr var”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR