İŞİD ikinci yapon girovu da edam etdi – VİDEO, FOTO
Bizi izləyin

Dünya

İŞİD ikinci yapon girovu da edam etdi – VİDEO, FOTO

İŞİD girov götürdüyü ikinci Yaponiya vətəndaşı Kenji Qotonu da edam edib.

Publika.az-ın məlumatına görə, bununla bağlı terror təşkilatına yaxın saytlarda video da yayımlanıb. Videoda üzü maskalı şəxsin qarşısında narıncı rəngdə paltar geyindirilmiş, boğazına bıçaq dirənmiş Qoto görünür. İŞİD üzvü edamdan öncə Yaponiyanın baş naziri Şinzo Abeyə ingilis dilində müraciət edib. Müraciətdə deyilir: “Qazanlması mümkün olmayan savaşa başlama. Bu savaşda yer aldığına görə, bu bıçaq harada olmağından asılı olmayaraq təkcə Kenjini deyil, bütün xalqını qətl edəcək”.

Yaponiya hökuməti videonun həqiqiliyinin araşdırıldığını deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm