Yeni baş nazir nazirlərin xidməti avtomobillərini satır
Bizi izləyin

Dünya

Yeni baş nazir nazirlərin xidməti avtomobillərini satır

Yunanıstanda Radikal Sol İttifaq (Syriza) lideri Aleksis Çiprasın rəhbərliyi ilə qurulan yeni koalisiya hökuməti nazirliklərdəki xidməti avtomobilləri satışa çıxarır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, inzibati islahatlar naziri Yorgos Katrugalos yeni nazirlərin dövlətin avtomobillərinə ehtiyacı olmadığını ifadə edib.

Onun sözlərinə görə, hökumət “lazımsız və bahalı” hesab etdiyi xidməti avtomobilləri sataraq pul qazanmaq niyyətindədir. Satılacaq avtomobillərdən birinin də keçmiş baş nazirin köməkçisi və xarici işlər naziri Evangelos Venizelosun yeni aldığı 750 min avroluq lüks zirehli avtomobilin olduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm