ABŞ İraqa quru qoşunları göndərməyə hazırlaşır
Bizi izləyin

Dünya

ABŞ İraqa quru qoşunları göndərməyə hazırlaşır

ABŞ hava hücumları zamanı hədəflərin daha yaxşı müəyyən olunması üçün İraqa əsgər göndərə bilər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Çak Hegel CNN telekanalına müsahibəsində bildirib.

“Bütün variantlara baxmalıyıq və bu, İŞİD ilə mübarizə çərçivəsində müəyyən sayda əsgərimizin İraqda yerləşdirilməsini tələb edə bilər. Döyüşmək üçün deyil, hava hücumlarında hədəflərin daha yaxşı müəyyən edilməsinə yardım etmək üçün”, - amerikalı nazir deyib.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama İŞİD-ə qarşı koalisiya yaradılan zaman ABŞ hərbçilərinin İraqa göndərilməyəcəyini açıqlamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm