• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

"Boko Haram" şəhərə hücum etdi: 11 ölü, 30 yaralı

  • Dünya
  • 2 Fevral 2015 04:57
  • 474 Baxış
"Boko Haram" şəhərə hücum etdi: 11 ölü, 30 yaralı

Nigeriyada Boko Haram terrorçularının Maiduquri şəhərinə təşkil etdiyi hücumlarda 11 nəfər ölüb, 30 nəfər isə yaralanıb.

Axar.az xəbər verir ki, Müdafiə Nazirliyi öz açıqlamasında bölgədə təhlükəsizlik tədbirlərinin görüldüyünü, terrorçuların ağır itkilər verərək geri çəkildiyini bildirib.

Bildirilir ki, şəhərə hücum edən terrorçuların əksəriyyəti öldürülüb. Təcavüzkarlara məxsus 13 avtomobil isə ələ keçib. Bu arada hərbi qaynaqlar Borno əyalətində Boko Haramın idarəsində olan Qvoza şəhərinin dünən axşam saatlarında yenidən ələ keçirildiyini açıqlayıb. Xatırladaq ki, adı yerli dildə "Qərb tərzdə təhsil qadağandır" mənasını verən Boko Haram təşkilatı 2009-cu ildən aktiv fəaliyyətə keçib.

Təşkilatın lideri Məhəmməd Yusif polis tərəfindən öldürüldükdən sonra bu günə kimi 13 min insan terrorun qurbanı olub. Təxminən 160 milyon əhalisi ilə Afrikanın ən böyük ölkəsi olan Nigeriyanın şimalında fəaliyyət göstərən Boko Haram ötən ay bəzi şəhərləri nəzarət altına almış və bu bölgələrdə "xəlifəlik" elan etmişdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR