Kiyev: “Rusiya "isti müharibə”yə başlamağa hazırdır”
Bizi izləyin

Dünya

Kiyev: “Rusiya "isti müharibə”yə başlamağa hazırdır”

“Hazırda Rusiya “isti müharibə”ni” başlamağa hazırdır”.

Publika.az “RBK-Ukrayna” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Yevgeni Perebıynis nazirliyin “Twitter” səhifəsində yazdı.

“1.02.1992. Corc Buş və Boris Yelsin “soyuq müharibə”nin tamamlandığını elan etdilər. Rusiya görünür, hazırda “isti müharibə”ni başlamağa hazırdır”, - Yevgeni Perebıynis qeyd edib.

Xatırladaq ki, ATƏT, Ukrayna və Rusiya nümayəndələrinin təmsil olunduğu üçtərəli əlaqə qrupunun növbəti Minsk toplantısı nəticəsiz başa çatıb. Əlaqə qrupunda Ukraynanı təmsil edən sabiq prezident Leonid Kuçma bildirib ki, Minsk danışıqlarında Ukraynanı genişmiqyaslı müharibə ilə hədələyiblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm