Sui-qəsdi CIA və MOSSAD birgə təşkil edib – İDDİA
Bizi izləyin

Dünya

Sui-qəsdi CIA və MOSSAD birgə təşkil edib – İDDİA

“Hizbullah”ın liderlərindən biri, təşkilatın gizli xidmətinin rəisi İmad Fayez Muğniyə qarşı 2008-ci ilin fevral ayında Dəməşqdə edilən sui-qəsdi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və MOSSAD-ın birlikdə təşkil etdiyi ortaya çıxıb.

Publika.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti kəşfiyyat qaynaqlarına istinadən bildirib.

Qəzetin yazdığına görə, ABŞ-da istehsal edilən və Şimali Karolina ştatında sınaqdan keçirilən bomba İsrailin paytaxtı Təl-Əvivdəki MOSSAD agentləri tərəfindən Dəməşqdəki CIA agentləri ilə koordinasiyalı şəkildə patladılıb. CIA agentlərinin Muğniyəni Dəməşqdə bir neçə ay izlədiyi bildirilir.

Xatırladaq ki, “Hizbullah”ın beyin komandasında yer alan Muğniyə 2008-ci il fevral ayının 12-də Dəməşqdə bir restoranda yemək yedikdən sonra avtomobilin ehtiyat təkərinə qoyulan bombanın partlaması nəticəsində həyatını itirib. Muğniyə 1980-ci illərdə Livanda çoxlu sayda qərblinin qaçırılması və 1992-ci ildə İsrailin Argentinadakı səfirliyinə hücuma görə ittiham olunurdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm