İŞİD ilk dəfə etiraf etdi
Bizi izləyin

Dünya

İŞİD ilk dəfə etiraf etdi

İŞİD terror təşkilatı ilk dəfə olaraq Kobanidən geri çəkildiyini etiraf edib.

Publika.az-ın məlumatına görə, bu barədə terror təşkilatı yaydığı sonuncu videoda bəyan edib.

Ötən bazar ertəsi günü Kobanidəki kürd qruplaşmaları bölgəni İŞİD militanlarından təmizlədiklərini açıqlamışdı.

İŞİD ötən gün yaydığı videoda ABŞ koalisiya qüvvələrinin hava hücumları səbəbindən geri çəkilmək məcburiyyətində qaldıqlarını bildirib.

“Döyüş təyyarələri bizi gecə-gündüz bombalayırdı. Hər şeyi məhv etdilər” deyə İŞİD militanları bəyan ediblər.

ABŞ xəbər agentlikləri isə Kobanini ələ keçirməmələrinin İŞİD üçün ağır bir zərbə olduğunu yazıblar. Video materialda Şimali Afrika ləhcəsi ilə ərəbcə danışan militan Kobani əvəzinə “Ayn əl İslam” adından istifadə edib.

“Bir müddət əvvəl bombardman və bəzi qardaşlarımızın ölümünə görə Ayn Əl İslamdan bir az geri çəkildik. İslam Dövləti qalacaq, bunu Obamaya deyin”.

Başqa bir militan isə “Döyüş təyyarələri bütün binaları məhv etdi.Hər şeyi bombaladılar, motosikletləri belə”.

Qeyd edək ki, sentyabrın 16-dan İŞİD Suriyanın şimalındakı Kobani bölgəsinə hücumlara başlayıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm