• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Putin dünyanı ayağa qaldırdı: Rusiya nüvə müharibəsinə hazırlaşır

  • Dünya
  • 2 Fevral 2015 14:07
  • 2 296 Baxış
Putin dünyanı ayağa qaldırdı: Rusiya nüvə müharibəsinə hazırlaşır

Ötən həftə Rusiya bombardmançı təyyarələrin La-Manş boğazının üzərində uçması siyasi böhrana gətirib çıxarıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, böhranın səbəbi bombardmançılardan birinə nüvə başlıqlı bombanın yerləşdirilməsi olub.

İngiltərə mətbuatının yazdığına görə, Rusiya La-Manş boğazı üzərində uçan “Tupolev-95” tipli uzaqmənzilli bombardmançı təyyarələrdən birinə nüvə başlığı daşıyan bomba yükləyib. Norveçin hərbi kəşfiyyatı La-Manş üzərindən keçən 2 təyyarənin pilotları arasındakı danışıqları dinləyib. “Hücum təlimi” adlanan uçuşda iştirak edən təyyarələrdən birinin pilotu "Trident" raketlərini daşıyan nüvə sualtı qayıqları vurmaq üçün hazırlanan nüvə başlıqlı bir bombanı daşıdığını söyləyib.

Norveçli səlahiyyətlilər hadisə ilə bağlı İngiltərənin baş nazir Devid Kameron və müdafiə naziri Mixael Fallonu məlumatlandırıb. İngiltərə Xarici İşlər Nazirliyi ötən həftənin cümə günü Rusiyanın İngiltərədəki səfiri Aleksandr Yakovenkonu çağıraraq ona nota təqdim edib. İngiltərəli səlahiyyətlilər hadisənin 2006-cı ildə Londonda radioaktiv maddə ilə zəhərlənərək öldürülən keçmiş rus agenti Aleksandr Litvinenko barədə istintaqın yenidən açılması ilə eyni vaxtda baş verməsinin diqqətçəkən olduğunu vurğulayıblar. Qeyd edək ki, İngiltərə Kremlə qarşı çıxan Litvinenkonun ölümünə görə Rusiya prezidenti Vladimir Putini ittiham edir.

NATO mənbələrinə görə, Rusiya Hərbi Hava Qüvvələri ötən il Şimal dənizi, Baltik dənizi və Atlantik okeanı üzərində NATO-ya üzv ölkələrin hava məkanını 100 dəfədən çox pozub. Bu rəqəm 2013-cü ildə 30-a yaxın idi.

“Soyuq müharibə” dövründə keçmiş SSRİ-nin bombardmançı təyyarələrinin nüvə bombası daşıması adi bir hal idi. Amma SSRİ-nin dağılmasından sonra buna son qoyulmuşdu.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR