Separatçılar “ümumi səfərbərlik” keçirməyə hazırlaşır
Bizi izləyin

Dünya

Separatçılar “ümumi səfərbərlik” keçirməyə hazırlaşır

“Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumu nəzarət etdiyi ərazilərdə “ümumi səfərbərlik” həyata keçirməyi planlaşdırır.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə separatçı qurumun “dövlət başçısı” Aleksandr Zaxarçenko bildirib.

“Donetsk Xalq Respublikası on gün sonra ümumi səfərbərliyə başlamağı planlaşdırılır. Silahlı qüvvələrə yüz min insan çağırılacaq”, - Zaxarçenko deyib.

Xatırladaq ki, ATƏT, Ukrayna və Rusiya nümayəndələrinin təmsil olunduğu üçtərəfli əlaqə qrupunun yanvarın 31-də keçirilən növbəti Minsk toplantısı nəticəsiz başa çatıb. Əlaqə qrupunda Ukraynanı təmsil edən sabiq prezident Leonid Kuçma bildirib ki, Minsk danışıqlarında Ukraynanı genişmiqyaslı müharibə ilə hədələyiblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm