2 “qanuni oğru” və 18 kriminal avtoritet həbs olundu - VİDEO
Bizi izləyin

Dünya

2 “qanuni oğru” və 18 kriminal avtoritet həbs olundu - VİDEO

Hüquq mühafizə orqanlarının əməkdaşları «qanuni oğru»larla bağlı növbəti xüsusi əməliyyat keçiriblər.

Publika.az-a «Praym Kraym» informasiya agentliyinə istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin əməkdaşları dünən Moskvanın Lyusinov küçəsində yerləşən xəngəlxanaya basqın təşkil edib və nəticədə kriminal aləmin 20 üzvü həbs olunub.

Həbs olunanlar arasında 2 «qanuni oğru» - 53 yaşlı «Taxi» ləqəbli Qeorqi Uqlava və 39 yaşlı Kaxa Parpaliya da var.

Məlumatda bildirilir ki, Qeorqi Uqlava həbs olunduğu zaman özünü başqa ad və soyadla təqdim edib. O, Zabaykalyedəki «nefrit işi»ndə iştirakda şübhəli bilinir. Elə bu səbəbdən də o, polis tərəfindən nəzarətə götürülüb. Kaxa Parpaliya isə əməliyyatçılarla profilaktik söhbətdən sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Uqlava və Parpaliya müvafiq olaraq Kutaisi və Suxumi «oğru»larına aiddirlər. Və onlar «Ded Xasan»ın tərəfdarları ilə düşmən mövqedə dayanırlar. Onlar aralarında olan fikir ayrılığına görə bu gün Ukraynada yaşamağa məcbur olsalar da, yenidən Rusiyadakı itirilmiş mövqelərini nə yolla olursa-olsun bərpa etməyə can atırlar.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm