Polşa Qələbə Gününü Moskvanın əlindən alır
Bizi izləyin

Dünya

Polşa Qələbə Gününü Moskvanın əlindən alır

Polşanın xarici işlər naziri Qjeqoj Sxetına II Dünya Müharibəsində Qələbə Gününün daim Moskvada keçirilməsinə qarşı çıxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, polşalı nazir Qələbə Gününün başqa Avropa paytaxtlarında deyil, niyə məhz Moskvada keçirilməsini anlamadığını bildirib.

“Biz Qələbə Gününün Moskvada keçirilməsinə niyə asanlıqla öyrəşdik?” - Sxetına deyib.

Onun sözlərinə görə, qələbəni II Dünya Müharibəsinin başlandığı yerdə qeyd etmək daha düzgün olardı. Nazir Polşa prezidenti Bronislav Komorovskinin bu məsələ ilə bağlı təklifini yada salıb. Belə ki, Polşa prezidenti Avropa liderlərini müharibənin başa çatmasının 70-ci ildönümünü qeyd etmək üçün mayın 8-də Polşaya dəvət edib. Tədbirlərin 1 sentyabr 1939-cu il müharibənin başlandığı yerdə - Qdansk yaxınlığındakı Vesterplatte yarımadasında keçirilməsi planlaşdırılır.

Rusiya prezident administrasiyasının başçısı Sergey İvanovun sözlərinə görə, Avropa liderlərinin Polşaya dəvət edilməsində əsas məqsəd onların mayın 9-da Moskvaya gəlməsini tərgitməkdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm