"Aydar” hücuma keçdi – hələlik Nazirliyə
Bizi izləyin

Dünya

"Aydar” hücuma keçdi – hələlik Nazirliyə

Kiyev mərkəzində mitinq edən “Aydar” könüllü batalyonunun döyüşçüləri Ukrayna Müdafiə Nazirliyinin binasını ələ keçirməyə çalışırlar.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, batalyon döyüşçüləri nazirliyin ərazisinə daşlar və digər əşyalar atırlar.

Məlumata görə, bir neçə döyüşçü Müdafiə Nazirliyinin ərazisinə daxil olub. Batalyon döyüşçüləri nazirliyin qarşısından keçən Vozduxoflotski prospektində təkər şinlərini yandıraraq nəqliyyatın hərəkətini məhdudlaşdırblar. Əraziyə çağırılan yanğınsöndürənlər alovu söndürüb.

Nazirliyin qarşısına toplaşan təxminən 200 döyüşçü Ukraynanın müdafiə naziri Stepan Poltorak və Baş Qərargah rəisi Viktor Mujenkodan batalyonun ləğvinə görə izahat tələb edirlər. Mitinq iştirakçıları məmurların onlarla danışıqlar aparmasını təkid edirlər.

Qeyd edək ki, Ukraynada “Aydar” batalyonunun ləğv olunmasına dair qərar verilib. Ön cəbhədə könüllülərdən ibarət batalyonların hamısının alay və briqadaların tərkibinə verilməsi planlaşdırılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm