Əhmədinejad siyasətə qayıdır
Bizi izləyin

Dünya

Əhmədinejad siyasətə qayıdır

İranda parlament seçkilərinin yaxınlaşdığı bir ərəfədə keçmiş prezident Mahmud Əhmədinejaddan gündəmi dəyişdirəcək mesaj gəlib.

Publika.az “Fars” informasiya agentliyinə istinadən xəbər verir ki, keçmiş prezident yenidən siyasətə dönəcəyi barədə siqnal verib.

İranda iki müddət prezidentlik edən və hakimiyyətdən gedəndən bəri susqun olan Əhmədinejad dünən internet saytını aktiv vəziyyətə gətirib. “Ahmadinejad.ir” adı ilə fəaliyyət göstərəcək internet saytında Əhmədinejadın şəklinin üzərinə böyük şriftlə “yaxında gəlirik” ifadəsi yazılıb.

Keçmiş prezidentin şəxsən idarə edəcəyi sayt üçün 45 nəfərlik bir heyət formalaşdırılıb. Heyətdə təmsil olunanların bir çoxu Əhmədinejad iqtidarında yer alan şəxslərdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm