• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ukraynada separatçılar səfərbərlik elan etdi

  • Dünya
  • 3 Fevral 2015 01:09
  • 465 Baxış
Ukraynada separatçılar səfərbərlik elan etdi

Ukraynanın şərqində Rusiya tərəfdarı separatçıların lideri separatçı qüvvələrin sayının 100 min döyüşçüyə çatıdırlıması məqsədinə nail olmaq üçün ümumi səfərəlik elan edib.

Publika.az xəbər verir ki, separatçı DAN xəbər agentliyi özünü Donetsk Xalq Respublikası elan etmiş qurumun lideri Aleksandr Zaxarçenkonun Ukrayna hökumətinin Donetsk regionunda əsgəri qüvvəsini artırdığını və vəziyyətin balanslaşdırılması üçün ümumi səfərbərliyə ehtiyac olduğunu dediyi haqda məlumat verib.

Aleksandr Zaxarçenko səfərbərliyin 10 gün ərzində başlayacağın və könüllülərə ehtiyac olduğunu deyib. Onun sözlərinə görə, özünü Donetsk Xalq Respublukası və Luqansk Respublikası elan etmiş iki qurumun qüvvələrinin birləşdirilməsi planlaşdırılır. O, birgə qüvvələrin sayının 100 minə çatacağını deyib.

Separatçıların lideri həmçinin səfərbərlik planlarının yaz aylarına qədər separatçı qüvvələrə bir tank, bir artilleirya və üç moto-piyada briqadasından ibarət daha beş briqadanın əlavə edilməsinə imkan yaradacağına inandığını bildirib.

Aleksandr Zaxarçenko bu qüvvələr üçü təchizatın haradan gətiriləcəyi ilə bağlı bir söz deməyib. Ukrayna və Qərb ölkələri Rusiyanın Ukraynanın şərqinə silah və hərbi personal göndərdiyini bildirir. Moskva bu ittihamları rədd edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR