Dünya
Gülənin öldüyünü gizlədirlər? – Şok iddia (VİDEO)
Türkiyə Nazirlər Kabinetinin iclasından sonra baş nazirinin müavini Bülənt Arıncın keçirdiyi mətbuat konfransında onunla bir jurnalist arasında maraqlı dialoq yaşanıb.
Publika.az Türkiyə mediasına istinadən verdiyi məlumata görə, jurnalistlərdən biri camaat lideri kimi tanınan Fəthullah Gülənin ölümü ilə bağlı səslənən iddialara baş nazirin münasibətini öyrənmək istəyib.
Jurnalistin “Fəthullah Gülənin 2013-cü il sentyabr ayında öldüyü deyilir. Bu barədə nələr söyləyə bilərsiniz?” sualı qarşısında Bülənt Arınç əvvəlcə çaş-baş qalıb, xəbərin mənbəyini soruşduqdan sonra isə “Mənə dərman gətirin” deyib.
Jurnalist və baş nazir arasındakı dialoq aşağıdakı kimi olub:
-Camaatın lideri olaraq tanınan Fəthullah Gülənin 2013-cü ilin sentyabrın öldüyünü söyləyirlər. Deyilənə görə, camaatın dağılmaması üçün bu xəbəri gizlədirlər. Bu barədə nə deyə bilərsiniz?
-Bunu ciddi hesab etmirəm.
-Qəzetlərdə çıxıb.
-Hansı qəzet?
-“Egenin səsi”.
-“Egenin səsi”mi? Yerli bir qəzetdirmi? İndi xəbərin tamamilə qeyri-ciddi olduğunu anladım.
-Bu qəzet illərdir ki, dərc olunur.
-Aman Allahım, sən ağlımı qoru. Mənə dərman verin. Bu qızımız məni bitirdi.
Ömər Dağlı
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye