Dünya
İŞİD-ə Kobani ətrafında daha bir zərbə
Suriyanın Kobani şəhərində kürdlərə uduzan “İslam Dövləti” (İŞİD) terror qruplaşması bölgədə daha bir zərbə alıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, tərəflər arasındakı son toqquşmalardan sonra İŞİD Kobaninin ətrafındakı daha 13 kənddən çıxarılıb.
Məlumata görə, İŞİD hazırda Kobaninin 10 kilometrliyindədir.
Qeyd edək ki, yanvarın sonunda kürd gücləri Kobani şəhərinin terror qruplaşmasından azad olunduğunu bəyan edib. Ötən həftənin şənbə günü terrorçuluğa qarşı beynəlxalq koalisiya güclərinin komandanı, amerikalı general-leytenant Ceyms Terri də İŞİD-in koalisiya güclərinin dəstəyi ilə Kobanidə tam məğlubiyyətə uğradıldığını bildirib.
İŞİD terror qruplaşması isə dünən Kobanidə məğlub olduğunu ilk dədə etiraf edib. Əlavə edək ki, Kobani uğrunda döyüşlər ötən ilin sentyabr ayından gedirdi.
Ömər Dağlı
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır