İŞİD-in edam etdiyi yapon jurnalistin “tvit”i rekord qırdı
Bizi izləyin

Dünya

İŞİD-in edam etdiyi yapon jurnalistin “tvit”i rekord qırdı

İŞİD terror qruplaşmasının iki gün əvvəl edam etdiyi 47 yaşlı yaponiyalı jurnalist Kenji Gotonun “Twitter” hesabında 4 il əvvəl yazdığı mesaj ortaya çıxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, mesaj sosial şəbəkələrdə paylaşma rekordları qırır.

“Gözlərimi bağlayıram və tərpətmirəm. Hirslənsəm və ya bağırsam bu hər şeyi bitirər. Bu duaya yaxın bir şeydir. Nifrət insanlar üçün deyil. Ancaq tanrı mühakimə edər. Mən bunu ərəb qardaşlarımdan öyrəndim”, - Kenji Qoto 4 il əvvəl yazıb.

Yaponiyalı jurnalist “Twitter” hesabında Fransa şərabından danışır, yorğun gözlərindən şikayət edir və Suriyadakı həyatından bəhs edir.

“Twitter” hesabın Qotoya məxsus olduğu onun həyat yoldaşı Toşi Maeda tərəfindən də təsdiqlənib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm