• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

45 ildən sonra ilk uşaq doğuldu

  • Dünya
  • 3 Fevral 2015 07:34
  • 588 Baxış
45 ildən sonra ilk uşaq doğuldu

Tatarıstan respublikasının Vostoçnı Zvezda qəsəbəsində 45 il ərzində ilk dəfə uşaq doğulub.

ANS PRESS-in məlumatına görə, uşaq Anton və Sevdı Orlov ailəsində dünyaya gəlib.

Qəsəbədə əsasən yaşlı insanlar yaşayır, ona görə təzə doğulmuş Yeqor Orlov kəndlilərə qəsəbəyə yeni ümid verib.

Yeri gəlmişkən, Yeqor adı keçən il məşhur adlar sırasında altıncı yeri tutub. Təzə doğulmuş uşaqlara kişi adları arasında ən çox yayılan adlar Əmir, Timur və Artyom, qadınların arasında isə Arina, Yasmina və Amina olub.

Respublikada bir il ərzində 57263 körpə doğulub. 2013-cü ilə nisbətən təzə doğulanlar 49 nəfər çoxdur. Dünyaya gələnlərin əksəriyyəti oğlanlardır, onlar qızlardan 1623 nəfər çoxdur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR