Rusiya Ukraynanın “Zenit” raketlərindən imtina etdi
Bizi izləyin

Dünya

Rusiya Ukraynanın “Zenit” raketlərindən imtina etdi

Rusiyanın Roskosmos şirkəti Ukraynanın Dnepropetrovsk şəhərində "Yujmaş" zavodunda istehsal olunan “Zenit" raketlərinin sifarişindən imtina edib.

Publika.az-ın məlumatına görə, bu barədə BBC-yə Rusiya Vahid Raket-Kosmik korporasiyasının rəsmisi İqor Burenkov bildirib. Onun sözlərinə görə, Moskva kosmik peyklərini fəzaya Rusiyada istehsal olunan "Anqara" adlı raketlərlə göndərmək niyyətindədir.

"Ukraynadan artıq iki raket alınıb, lakin onları mütəxəssis yoxlamasından keçirmək lazımdır. 'Yujmaş' zavodunun düşdüyü acınacaqlı vəziyyət əməkdaşlığı mürəkkəbləşdirir, hələ siyasət qalsın bir kənarda", - Burenkov deyib.

"Zenit" kosmik raketlərini istehsal edən Ukraynanın "Yujmaşzavod" müəssisəsi hazırda ciddi çətinliklərlə üzləşib.

Zavodun gəlirləri son dövr ərzində 4 dəfə azaldığından, işçilər 2 aylıq ödənişsiz ezamiyyətə göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm