• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ramzan Kadırov: “O heç vaxt döyüşçü və əsl kişi olmayıb”

  • Dünya
  • 3 Fevral 2015 10:21
  • 1 272 Baxış
Ramzan Kadırov: “O heç vaxt döyüşçü və əsl kişi olmayıb”

“İçkeriyanın briqada generalı İsa Munayevi Ukrayna Təhlükəsizlik Xidməti və Mərkəzi Kəşfiyyat İdarəsi aradan götürüb.”

Publika.az xəbər verir ki, bunu Çeçenistan prezidenti Ramzan Kadırov “Instagram” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, Munayevin ölümündə Adam Osmaev və onun həyat yoldaşı Amina Okuyevanı şübhəli bilir.

Bu ər-arvadın adı bir zamanlar Rusiya prezidenti Vladimir Putinə sui-qəsddə də hallanıb: “Munayev heç vaxt döyüşçü və əsl kişi olmayıb. Çeçen döyüşçüsü heç vaxt öz komandirini döyüşdə atıb qaçmazdı. Necə ki, Munayev öz komandanını və İçkeriya prezidentini tərk edib Qroznıdan qaçmışdı. Sonradan onu himayə edən xüsusi xidmət orqanları başa düşdülər ki, o, qara qəpiyə də dəymir. Ona görə aradan götürdülər”.

Kadırov Ukrayna ordusu tərəfində döyüşən bütün çeçenləri evə qayıtmağa səsləyib: “Bu, bizim müharibə deyil, tez evə qayıdın. Onda yaşamağa şansınız olacaq”.

Qeyd edək ki, İsa Munayev Debaltsevo ətrafında gedən döyüşlərdə öldürülüb. O bölgəyə “Cövhər Dudayev“ adına batalyonun komandiri kimi gəlib. Batalyon çeçenlərdən təşkil olunub və onlar Ukraynanın ərazi bütövlüyü naminə döyüşürlər.

Çeçenistan müharibələri zamanı Munayev Qroznının komendantı olub. Ramzan Kadırov ötən ilin dekabr ayında Çeçenistan paytaxtında baş vermiş terror aktında məhz İsa Munayevi şübhəli bilirdi. Onun fiziki olaraq aradan götürülməsi üçün Kadırov Donbasa bir neçə könüllü göndərəcəyini vəd etmişdi.

İlqar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR