• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Şimali Koreya haqda ən populyar yalanlar - FOTOLAR

  • Dünya
  • 3 Fevral 2015 11:47
  • 4 034 Baxış
Şimali Koreya haqda ən populyar yalanlar - FOTOLAR

Şimali Koreya dünyanın ən qapalı ölkələrindən biridir. Ara-sıra mətbuatda bu ölkə haqqında xəbərlər dərc olunur. Ancaq onların əksəriyyəti həqiqəti əks etdirmir.

Publika.az bu barədə araşdırmanı təqdim edir.

Şimali Koreya liderinin öz dayısını itlərə yedirtməsi, yaxud məmurlardan birini minaatanla güllələməsi mifdən başqa bir şey deyil. İnsanı minaatana bağlayıb güllələmək heç mümkün də deyil.

Başlayaq yoxsulluq və aclıq haqda yalanlardan. Şimali Koreya əhalisi bolluq içərisində üzmür. Ancaq Qərb mətbuatının uydurduğu kimi, orada aclıq da yaşanmır. Bunu belə əsaslandırırlar ki, şimali koreyalılar meşələrə, yaşıllıqlara dadanıb, ot-ələf yığırlar və acından ölməmək üçün bunlarla qidalanırlar.

Bu da ağ yalandır. Məsələ ondadır ki, ənənəvi Koreya mətbəxində müxtəlif otlardan istifadə olunur. Əhali də meşədə yığdığı otlardan bişirdikləri yeməklərə əlavə edir. Bu o demək deyil ki, acından ölməmək üçün onlar ot yeyirlər.

Şimali Koreyaya sırınan digər bir “obraz” Qərb mətbuatında dərc edilən, guya bu ölkənin gecə vaxtı peykdən çəkilmiş şəkilləri ilə bağlıdır. Ətraf ölkələrdə gecə işıqlar yanır, Şimali Koreya isə guya zülmətə qərq olub. Yəni orada elektrik enerjisi yoxdur. Bu yalanı “Azad Asiya” media orqanın əməkdaşları uydurub. Onlar NASA-nın peykdən çəkilmiş fotolarını götürüb, Şimali Koreyanın ərazisini qara rəngə boyayıblar. Ancaq kiçik bir səhvə yol veriblər. Təsadüfən Şimali Koreya ilə birlikdə Rusiyanın Vladivostok və digər şəhərlərini də qara rəngə boyayıblar. Halbuki Rusiyada elektrik enerjisi ilə bağlı məhdudiyyətlər olmur. Bu səhv də onların yalanını ifşa edib...

Şimali Koreyadakı paralel hökumət haqda da heç kim yazmır. Halbuki ölkə sərhədlərini aşaraq mal gətirən, alver edən xırda ticarətçilər ölkəyə xeyli xarici valyuta gətirirlər. Bu rəqəm haradasa 80-100 milyon dollar civarındadır. Demək, ölkədə iqtisadi azadlıq, az da olsa, var. Təxminən SSRİ-dəki “yenidənqurma” dövründə olduğu kimi. Hakimiyyət xırda “kapitalistlərə” şərait yaradır, onlar isə öz növbələrində qazanclarını hökumətlə bölürlər.

Hazırda Pxenyanda ilkin kapital yığan sahibkarlar peyda olub. Restoranlar açılır, insanlar daha yaxşı geyinib-keçinməyə başlayır.

Bundan əlavə, Şimali Koreya hökumətini keçmişin mədəniyyət abidələrini, arxitekturı binaları məhv etməkdə günahlandırırlar.

Ancaq çoxları unudur ki, 1950-1953-cü illər arasındakı müharibədən sonra heç bir mədəniyyət abidəsi qalmamışdı. Amerika Birləşmiş Ştatlarının aviasiyası rəsmi raport vermişdi ki, ölkə ərazisində nə varsa, hamısı bombalanıb.

Şimali Koreyanın qonşuları üçün təhlükəli olması barədə deyilənlər də şişirdilib. Bu ölkə heç bir dövlətin ərazisinə iddia etmir. Bircə Cənubi Koreyadan başqa. Amma iş orasındadır ki, Cənubi Koreya da bütün Koreya adasına sahiblənməyə iddialıdır.

Ölkənin nüvə proqramı, ordusu haqda da uydurulan miflər çoxdur. Reallıqda Şimali Koreya ordusu sayına görə dünya üzrə dördüncü yerdədir. Cənubi Koreya bu siyahıda altıncıdır.

Ancaq cənubluların hərbi büdcəsi şimallılarınkından 25-30 dəfə çoxdur. Həmçinin təyyarələrin sayına görə Şimali Koreya çox geridə qalır.

Odur ki, Cənubi, yaxud Şimali Koreyadan hansının bir-birinə təhlükə yaratması hələ də sual altındadır.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR