Hərbi ekspert: “Donetskdə meyitxanalarda yer qalmayıb”
Bizi izləyin

Dünya

Hərbi ekspert: “Donetskdə meyitxanalarda yer qalmayıb”

Ukraynanın Donetsk vilayətinin Debaltsevo rayonunda döyüş əməliyyatları nəticəsində Rusiya terror qoşunları ciddi itkilər verib.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə “Facebook” səhifəsində “İnformasiya müqaviməti” qrupunun rəhbəri, xalq deputatı Dmitri Tımçuk bildirib.

“Donetskdə meyitxanalarda yerlər olmadığı üçün daha mülki əhaliyə xidmət göstərilmir. Terrorçuların yaralıları çatdırdığı Antrasit və Krasnıy Luçdakı bütün tibbi müəssisələr dolub”, - Tımçuk yazıb.

Eyni zamanda, hərbi ekspertin sözlərinə görə, Snejnıya çatdırılan ağır yaralılar dərman preparatları və tibbi avadanlıqların kəskin çatışmazlığından əziyyət çəkir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm