Rusiya Ermənistanda və Xəzərdə kimyəvi-bioloji müharibəyə hazırlaşır
Bizi izləyin

Dünya

Rusiya Ermənistanda və Xəzərdə kimyəvi-bioloji müharibəyə hazırlaşır

Rusiya Krımdan Xəzər dənizinə qədər genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Publika.az “İnterfaks” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Təlimlərdə Rusiya Cənub hərbi dairəsinin radiasiya, kimyəvi və bioloji müdafiə bölmələri iştirak edir. Təlimlər Rusiyanın Volqoqrad, Stavropol və Krasnodar vilayətinin yeddi poliqonunda, həmçinin Krım, Şimali Osetiya və Ermənistanda keçiriləcək. Təlimlərə 1700-dən çox hərbi qulluqçu ilə bərabər, hərbi texnikanın 350 vahidi cəlb edilib.

Təlimlərdə Rusiyanın Qara və Xəzər dənizi donanmaları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiənin 4-cü komandanlığı iştirak edəcək. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərə kimyəvi kəşfiyyat maşınları “RXM-6” (zəhərli maddələr və radioaktivliyin distans aşkarlanması üçün tətbiq edilir), “ARS-14KM”, “TDA-2K” (aerozol pərdələr üçün tətbiq edilir), “Buratino” TOS-1A sistemləri və digər hərbi texnikalar cəlb olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm