İran yəhudi soyqırımını lağa qoyacaq
Bizi izləyin

Dünya

İran yəhudi soyqırımını lağa qoyacaq

İranda Holokostun inkarına həsr edilən karikaturaların beynəlxalq müsabiqəsi keçiriləcək.

Publika.az “Fars” agentliyinə istinadən xəbər verir ki, Tehran bununla da Fransanın "Charlie Hebdo" satirik jurnalının Məhəmməd peyğəmbərin karikaturalarını dərc etməsinə cavab vermək istəyir.

Məlumata görə, dünyanın müxtəlif ölkələrinin rəssamlarına Holokostu lağa qoyan karikaturaları göndərmək təklif edilib. Müsabiqənin nəticələri aprel ayında açıqlanacaq. Qalib 12 min dollar alacaq.

Müsabiqəyə göndərilən ən yaxşı karikaturaların Tehrandakı Fələstin muzeyinə qoyulması nəzərdə tutulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm