İsa Munayevi Putinin bir başqa düşməni əvəzlədi - VİDEO
Bizi izləyin

Dünya

İsa Munayevi Putinin bir başqa düşməni əvəzlədi - VİDEO

“Cövhər Dudayev adına batalyon"un Ukraynanın Debaltsevo rayonu uğrunda gedən döyüşlərdə öldürülən komandiri İsa Munayevi Adəm Osmayev əvəzləyib.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Adəm Osmayevin həyat yoldaşı və batalyonun mətbuat katibi Amina Okuyeva bildirib.

Okuyevanın sözlərinə görə, Munayevin tərəfdarları Ukraynanın Silahlı Qüvvələrinin tərkibində “İsa Munayev adına batalyon” xüsusi bölməsi yaratmaq niyyətindədirlər.

Xatırladaq ki, Adəm Osmayev Moskva tərəfindən Rusiya prezidenti Vladimir Putinə qarşı sui-qəsd hazırlamaqda ittiham olunur. 2012-ci ilin avqustunda Odessada həbs olunan Adəm Osmayev Vladimir Putinə qarşı sui-qəsdə görə Ukraynanın Cinayət Məcəlləsinin üç maddəsi üzrə ittiham edilmişdi. Müttəhim hər üç maddə üzrə günahını etiraf edib. Ötən ilin may ayında ukraynalı deputatlar baş prokuror Qennadi Maxinçuka müraciət edərək Osmayevin işinə yenidən baxılmasını istəmişdilər. Osmayev ötən ilin noyabr ayının 18-də Ukraynanın Odessa rayon məhkəməsi tərəfindən azadlığa buraxılıb.

Adəm Osmayev 2007-ci ildən Çeçenistan prezidenti Ramzan Kadırova sui-qəsd hazırlığında şübhəli bilinərək axtarışa verilmiş və 4 nəfərlə birgə həbs edilmişdi. Lakin Osmayev bir neçə gün həbsdə olsa da, dəlil yetərsizliyinə görə məhkəmə onu azad etmişdi.

Adəm Osmayev azadlığa buraxılandan dərhal sonra həyat yoldaşı ilə birlikdə Donbas hövzəsində separatçılara qarşı vuruşmağa başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm