ABŞ-ın bu silahları Donbası separatçılara ”cəhənnəm” edə bilər
Bizi izləyin

Dünya

ABŞ-ın bu silahları Donbası separatçılara ”cəhənnəm” edə bilər

ABŞ hökuməti Ukraynaya “Javelin” tank əleyhinə raketlərin verilməsi məsələsinə baxır.

Publika.az xəbər verir ki, bu barədə şəxsi mənbələrə istinadən “The Wall Street Journal” nəşri yazıb.

Qeyd olunur ki, Pentaqon (ABŞ Müdafiə Nazirliyi) da Ukraynaya ölüm silahlarının verilməsini çoxdan dəstəkləyir. Amma yaxın vaxtlara kimi Ağ Evin bunda maraqlı olmadığı və Rusiya ilə qarşıdurmadan qaçmağa çalışdığı bildirilir. “The Wall Street Journal”ın yazdığına görə, Şərqi Ukraynada yeni döyüş əməliyyatlarının başlanmasından sonra Ağ Ev və hərbi liderlər Ukraynaya ölümcül silahların, o cümlədən “Javelin” tank əleyhinə raketlərin verilməsi imkanına baxır.

Nəşrə danışan mənbə bildirib ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Süzan Rays Ukrayna silah çatdırılmasını məsələsini qaldırsa da, bu barədə qərarın qəbulu hələ müzakirə mərhələsindədir. Məmurlardan biri qeyd edib ki, müzakirələrdə iki suala cavab axtarılır: Ukraynaya ölümcül silahların verilməsi Rusiya prezidenti Vladimir Putini separatçılara öz dəstəyini azaltmağa məcbur edəcək, yoxsa vəziyyəti daha da gərginləşdirəcək.

Gözlənilir ki, “Javelin” tank əleyhinə raketlər Ukrayna ordusunu daha mobil edəcək, separatçıların daha çox istifadə etdiyi tanklar və digər zirehli texnikaya qarşı yüksək manevr həyata keçirməyə imkan verəcək.

Eyni zamanda, Ağ Evdə Ukraynaya ölüm silahları verilməsinə qarşı çıxanlar da var. CNN telekanalına müsahibəsində Ağ Evdə təhlükəsizlik məsələləri üzrə məsləhətçi Ben Rods qeyd edib ki, Ukraynaya silah yardımı vəziyyəti düzəltməyə kömək etməyəcək.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki dünən bildirib ki, Barak Obama administrasiyası Ukraynaya silah çatdırılması barədə qərarın qəbulunu təxirə salıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm