İsrail baş naziri uşaq baxıcısı rolunda
Bizi izləyin

Dünya

İsrail baş naziri uşaq baxıcısı rolunda

İsraildə siyasi partiyalar yaxınlaşan parlament seçkiləri ilə əlaqədar seçki kampaniyasına başlayıblar.

Publika.az xəbər verir ki, “Likud” Partiyasının lideri, hazırkı baş nazir Benyamin Netanyahu seçki kampaniyası çərçivəsində bir video hazırlayıb.

Netanyahu videoda uşaq baxıcısı rolunu oynayıb. O, 17 mart 2014-cü il parlament seçkilərində də məktəbdə müəllim rolunda oynamışdı.

Xatırladaq ki, İsrail parlamenti ötən ilin dekabrında özünün buraxılması haqqında qərar qəbul edərək növbədənkənar parlament seçkiləri təyin edib.

Ancaq İsrail baş nazirinin seçki təbliğatı üçün çəkilən videoda uşaq baxıcısı roluna girməsi müsəlman dünyasında birmənalı qarşılanmayıb. Yaxın Şərq ölkələrinin mediası Netanyahunun əmri ilə Qəzzada yüzlərlə uşağın öldürüldüyünü xatırladıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm