Kadırov “sərxoşların düşməni” mükafatına layiq görüldü
Bizi izləyin

Dünya

Kadırov “sərxoşların düşməni” mükafatına layiq görüldü

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov Rusiyada 2014-cü ildə narkotiklər və alkoqolizmlə mübarizə üzrə göstərdiyi fədakarlığa görə mükafatlandırılıb.

Publika.az “İnterfaks” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə Nazirliyinin baş psixiatr-narkoloqu Yevgeni Bryun bildirib.

“Çeçenistan Respublikası azsaylı regionlardan biridir ki, spirtli içkilərin satışı üçün yaş həddi 21-ə qaldırılıb. Biz Moskvada da yeni yaş həddinin tətbiq edilməsini təklif edirik. Amma deputatların heç də hamısı bu təklifi dəstəkləmir. Biz Çeçenistan Respublikasında prezident Ramzan Kadırovun dəstəyini hiss edirik”, - Bryun deyib.

Rusiya mediasının yazdığına görə, Rusiya 7 regionunun rəhbərliyi spirtli içkilərin satışı üçün yaş həddini 18-dən 21-ə qaldırmaq niyyətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm