İŞİD neftdən hər gün bir milyon dollar qazanc götürür
Bizi izləyin

Dünya

İŞİD neftdən hər gün bir milyon dollar qazanc götürür

ABŞ və koalisiya qüvvələri ötən sutka ərzində İŞİD-in Suriya və İraqdakı mövqelərinə havadan 14 zərbə endirib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ silahlı qüvvələrinin mərkəzi komandanlığı məlumat yayıb. Məlumata görə, hava hücumu zamanı qruplaşmanın Suriyanın Türkiyə ilə sərhəddəki Kobani şəhəri ətrafındakı mövqeləri bombalanıb. Aviazərbələr nəticəsində ekstremistlərin Əl-Hasaka şəhəri yaxınlığındakı neft avadanlıqları məhv edilib. İraqın Mosul, Təl Əfar və Fəlluca şəhərləri ətrafında İŞİD-ə məxsus düşərgələr dağıdılıb.


ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, İŞİD neft qaçaqmalçılığından hər gün 1 milyon dollara yaxın qazanc götürür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm