Almaniyada türk gəncin qatilinə ittiham irəli sürülüb
Bizi izləyin

Dünya

Almaniyada türk gəncin qatilinə ittiham irəli sürülüb

Almaniya prokurorları əslən türk tələbə Tuğce Albayrakı öldürən şəxsə qarşı rəsmi ittiham irəli sürüblər.

Publika.az xəbər verir ki, ötən ilin noyabrında baş vermiş bu qətl bütün Almaniyanı sarsıtmışdı. Albayrak noyabrın 15-də bir qrup gənc tərəfindən hücuma məruz qalan iki qızı onların əlindən almağa cəhd göstərərkən ölürülüb.

18 yaşlı şübhəlinin onun başına endirdiyi zərbədən komaya düşən Akbayrak bir daha ayılmamış və xəstəxanada keçinmişdi.

Ötən həftə Almaniyanın “Bild” qəzeti xəbər verirdi ki, Darmştadt şəhərində keçirilən ilkin dinləmədə qətldə şübhəli bilinən şəxsə hücum edilib.

Qəzet yazırdı ki, şübhəli saxlandığı kamerada başqa məhbuslar tərəfindən incidilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm